Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-15 15:23:00
Erkən yaşda uşaqları oxumağa məcbur etməyin mənfi tərəfləri 

Dünyanın bəzi ölkələrində (xüsusən, Amerikada) belə bir inanc var: hələ ibtidai sinifdən uşaqlara  dərs oxumağı  öyrətməyə başlasaq, həyata yaşıdlarından bir addım öndə başlayar. Uşaqlarımızı erkən yaşda oxumağa məcbur etmək onları daha uğurlu edəcəyini düşünürük.

Amma çox zaman belə olmur hətta bu, uşaqlar üçün zərərli  ola bilər.

AzEdu.az xarici KİV istinadən mövzu ilə bağlı yazını diqqətinizə çatdırır:

Uşaqların  oxuma-yazma və hecalamağa yönəldilmiş nevroloji yolları erkən yaşlarda yaranmır. Yəni bunun üçün lazım olan bazaya sahib deyillər. Uşaq inkişafında nələrisə gözardı, qısa yoldan və tez-bazar həll etmək olmaz. Bunların heç biri işə yaramır.

Uşaqlarda 3-7 yaş arasında, əsasən, beynin sağ tərəfi inkişaf edir. Beynin sağ tərəfi sözləri oxumağın reallaşdığı yer deyil. Sağ tərəf şəkilləri görür və bir hekayəni anlamaq, beynimizdəki “film”i yaratmaq üçün zehni görüntüləri istifadə edir. Beynin sol tərəfi isə kəlmələri oxuduğumuz yerdir və kəlmələri hərflərinə görə kodlamağımıza, fonetik olaraq səsləndirməyimizə kömək edir.  

Uşaqları oxumağa məcbur etdikdə onlara sözləri səsləndirməkdənsə, kəlmələrin nəyə bənzədiyini əzbərlətməyə çalışırıq. Bu, doğru oxumaq üsulu deyil. Həm də uşaqlar sözlərin formaca nəyə oxşadığını əzbərləməyə fokuslandıqlarında, beyinlərindəki “filmi” yaratmaq üçün sağ beyinlərini istifadə etmirlər. Bu da onlara oxuduqlarını qavramada çətinlik yaradır.

 Bəs bu vəziyyəti necə düzəldə bilərik?

Uşaqlara bol-bol kitab oxuyun. Onlara nə qədər çox kitab oxusanız, özlərini rahat hiss edərlər. Eyni zamanda zehni canlandırma bacarıqlarını bir o qədər də inkişaf edər.   Onlara kitab (xüsusən, yanıltmaclar) oxuduğunuzda kəlmələr arasındakı ən kiçik fərqlilikləri belə hiss etmək məsələsində qulaqlarını hazırlaşdırarlar. Gələcəkdə hərflərin səslərini öyrənəndə, kəlmələri səsləndirəndə və hecalayanda bu, onların çox işlərinə kömək edəcək. Televizor və videolar onlara bu bacarığı qazandırmaz.

Bu çalışmaları etməsəniz, oxuma-yazma və hecalamaq məsələsində ustalaşmaq cəhdləriniz uğursuzluqla nəticələnəcək.

Günel Yaşarqızı
Müəllifin digər yazıları