Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-15 13:50:00
ADNSU-da üçüncü startap və innovasiya festivalı keçirilir

Dekabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 3-cü startap və innovasiya festivalı başlayıb.

AzEdu.az xəbər verir ki, müvafiq qurumların nümayəndələrinin, professor və müəllimlərin, tələbələrin iştirak etdikləri tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı ali məktəbdə elmin və təhsilin inkişafı istiqamətində reallaşdırılan layihələrdən, əldə olunan nailiyyətlərdən danışıb. Rektor festivalın əhəmiyyətini vurğulayıb, tələbələrə startap layihələri ilə bağlı tövsiyələrini verib.

Sonra festival çərçivəsində tələbələr müxtəlif startap layihələrini təqdim ediblər.

Layihələr əvvəlcədən müəyyən edilmiş meyarlara əsasən münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Ən çox bal qazanan ideyalar ADNSU və tərəfdaş qurumlar tərəfindən mükafatlandırılacaq. Həm mükafata layiq görülən layihələrin, həm də digər perspektivli ideyaların inkişafına ADNSU-nun Startap və İnnovasiya Mərkəzi tərəfindən maliyyə yardımı göstəriləcək, texniki və təşkilati dəstək veriləcək.