Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-15 12:50:00
Misir Mərdanov AMEA-nın elmi jurnalları ilə bağlı təəccübləndirici statistikanı açıqladı  

Dekabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AzEdu.az xəbər verir ki, iclasda bir çox məsələlər müzakirə olunub. 

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA Elmi Nəşriyyat Şurasının sədri, AMEA-nın müxbir üzvü Misir Mərdanov çıxış edərək akademiyada elmi jurnalların nəşri məsələsinin Rəyasət Heyətinin diqqət mərkəzində olduğunu, elmi jurnalların fəaliyyətində bir sıra müsbət dəyişikliklər baş verdiyini bildirib. AMEA-nın riyaziyyat, kimya və yer elmləri üzrə on elmi jurnalının ingilis dilində nəşr edildiyini deyən M.Mərdanov iyirmi jurnalın isə internet versiyasının yaradıldığını vurğulayıb. Qeyd edib ki, riyaziyyat və kimya elmləri üzrə nəşr olunan bir çox jurnal “Web of Science” və “Scopus” elmi bazalarına daxil edilib və impakt faktorlu jurnal statusu almaq mərhələsindədir.