Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-15 10:10:00
Azərbaycanla Avropa arasında  Təbiət elmlərinin tədrisi ilə bağlı kəskin fərq - Niyə bu qədər geriyik?  

Araşdırmalar göstərir ki, Təbiət elmlərinin tədrisinə ayrılan vaxt bu fənn üzrə şagirdlərin göstəricilərinə əhəmiyyətli şəkildə təsir edir.

AzEdu.az “Azərbaycan məktəbi” jurnalına istinadən bildirir ki, Avropa ölkələrində təbiət elmlərinin tədrisi və praktikasına ayrılan vaxt ölkəmizlə müqayisə edilib.

Məlum olub ki, əksər Avropa ölkələrində Təbiət elmləri inteqrativ fənni 6-8 il tədris olunur. Azərbaycan və Rusiya təhsil  sistemlərində  isə həmin fənlər I və IV siniflərdə tədris olunur. TIMSS 2015 araşdırmalarının nəticələrinə görə, orta hesabla IV sinif şagirdləri ildə 69 saat bu fənn üzrə təhsil alırlar.

Rusiyada isə  şagirdlərə 4 il ərzində Ətraf mühit fənninin öyrənilməsi üçün 272 saat ayrılır. Bu həftədə 2 saat dərs deməkdir. Bunun siniflər üzrə bölgüsünü aparsaq, IV sinifdə bu fənnin tədrisinə 70, III və II siniflərdə 68, I sinifdə isə 66 saat düşür.

Azərbaycana ibtidai təhsil səviyyəsində Həyat bilgisinin tədrisinə 206 saat ayrılır.

Rusiyanın ibtidai sinif səviyyəsində tətbiq olunan Ətraf mühit kurikulumunda 150 saat İnsan və təbiət, 12 saat isə Təhlükəsiz həyat, 108 saat isə İnsan və cəmiyyət komponentinin öyrənilməsinə ayrılır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları