Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-14 16:28:12
Universitetlər öz saytlarında ən çox nədə səhv edirlər?- Eskpertdən vacib tövsiyələr  

“Tələbələrin universitet və fakültə seçiminə kömək etmək, lazım olan məlumatları tapmağı asanlaşdırmaq və beynəlxalq rəqabət üçün gərəkli olan informasiyanın tapılması təmin etmək kimi vacib məsələrdə universitetlərin veb saytlarının önəmi vacibdir” 

AzEdu.az xəbər verir ki, bunu “Media və təhsil dialoqu" mövzusunda təlim-konfransda çıxışı zamanı Qərbi Kaspi Universitetinin sosial elmlər kafedrasının müəllimi Samirə Həsənzadə deyib. Onun sözlərinə görə, universitetin veb saytı etibar və prestij qazanılması baxımından da xüsusi önəmə sahibdir: 

“Tələbələrin universitet və fakültə seçiminə kömək etmək, lazım olan məlumatları tapmağı asanlaşdırmaq və beynəlxalq rəqabət üçün gərəkli olan informasiyanın tapılması təmin etmək kimi vacib məsələlərdə universitetlərin veb saytlarının önəmi vacibdir. Universitetlərdə məsul işçilər rəsmi səhifədə aşağıda qeyd olunan vacib məqamlara diqqət yetirməlidirlər: 

“Universiteti hər səhifədə aydın və açıq şəkildə qeyd edin;

Universitetin dəyərlərini və prioritetlərini əks etdirən şəkillərdən istifadə edin; 

Universitet haqqında olan bölməni dolğun və informativ edin;

Güclü tərəflərinizi və  uğurunuzu vurğulayın; 

İxtisas və proqramların siyahısı istifadəçilər tərəfindən tapılmağını asan edin;

Məzun olduqdan sonra iş və gələcək perspektivləri haqqında məlumatı qeyd edin;

Qəbul prosesini addım-addım göstərin;

İstifadəçinin səyahət marşrutunu yoxlayın;

Səhifənizdəki məzmunu tələbəyə rahat və yaxın olan dildə tərtib edin;

Xarici saytlarda universitetiniz haqqında məlumatın axtarılmasına hazır olun”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları