Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-14 15:47:06
AzTU-da Karyera Sərgisi keçirilib - FOTO

Dekabrın 14-də Azərbaycan Texniki Universitetində (AzTU) Karyera Sərgisi keçirilib.

AzEdu.az xəbər verir ki, sərgidə 72 şirkət tələbə və məzunlarlara ümumilikdə 267 vakansiya üzrə iş yerlərini təklif edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə və “Karyerada ilk addım” şüarı altında keçirilən sərgidə SOCAR, Bakı Metropoliteni, "Azərişıq", "Azersell", “Baksell”, “Nar”, “Azərsun” Holdinq, “Gilan” Holdinq, Sumqayıt Texnologiya Parkı və digər dövlət və özəl şirkətlər iştirak edib. 1500-dək tələbə və məzunun iştirak etdiyi sərgi böyük maraqla qarşılanıb.
AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov Karyera Sərgisinin açılış mərasimində çıxış edərək sərginin əhəmiyyətindən danışıb. 

Professor Xalıq Yahudov AzTU-da Karyera Mərkəzinin fəaliyyət göstərdiyini və Mərkəzin sərgi ilə yanaşı tələbələr üçün mütəmadi təlimlər, şirkət rəhbərləri, müxtəlif müəssisələrin insan resursları üzrə mütəxəssisləri ilə görüşlər təşkil etdiyini qeyd edib. 

Sərginin gənclərin karyera qazanmaları üçün böyük əhəmiyyət kəsb etdiyini deyən rektor əvəzi, onlara uğurlar arzulayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşulluq İdarisinin rəis müavini Şahbaz Xələfov da çıxışında sərginin əhəmiyyətinə diqqət çəkib.

Qeyd olunub ki, bu cür sərgilər gənclərlə şirkətlər arasında körpü yaradaraq onların uğurlu karyera qurmaları üçün böyük önəm kəsb edir. 

Sərgidə şirkət nümayəndələri təmsil olunduqları müəssisələrdəki vakansiyalar haqqında ətraflı məlumat veriblər.

Gənclər şirkət nümayəndələrinə CV-lərini təqdim ediblər. 

Qeyd edək ki, Karyera Sərgisində müxtəlif şirkətlərin təmsilçiləri potensial kadrlar seçmək imkanı əldə ediblər.

FOTO: İsmət Paşa