Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-14 15:23:29
Mütəxəssis bu universitetlərin  saytlarını tənqid etdi: ”Dizayn əlverişsiz, məlumatlar ağırdır”  

Bakı Dövlət Universitetinin saytında ali məktəb barədə məlumat çox ağırdır və dizayn baxımından əlverişli deyil”

AzEdu.az xəbər verir ki, bunu “Media və təhsil dialoqu" mövzusunda təlim-konfransda çıxışı zamanı Qərbi Kaspi Universitetinin sosial elmlər kafedrasının müəllimi Samirə Həsənzadə deyib.

Onun sözlərinə görə, universitetlərin beynəlxalq reytinqlərə daxil ola bilməsi və yüksəlməsində  ali məktəbin veb saytı xüsusi rola sahibdir:

“Veb saytlarda universitet haqqında məlumat daha qısa və başadüşülən formada verilməlidir. Qərbi Kaspi  Universitetində bu qayda qorunsa da, Bakı Dövlət Universitetinin saytında ali məktəb barədə məlumat çox ağırdır və dizayn  baxımından  əlverişli deyil.

Bundan əlavə, universitetlər onlar barədə xarici saytlarda məlumat axtarışına hazır olmalıdırlar. Xarici tələbələr saytlardan bizim universitetlər haqda məlumat toplayacaqlar. Bu cür saytlardan birində Azərbaycanı axtaran zaman bir neçə ali məktəb haqda məlumatlar əksini tapır. Onlardan biri Azərbaycan Memarlıq və İnşaat Universitetidir.

Müəllim qeyd edib ki, AzMİU barədə yazılan məlumatlar heç bir xarici tələbəyə lazım deyil:

“Məlumatda ingilis dilində qeyd olunur ki, 1990-cı illərdən olan qaçqınlar yataqxanalarda məskunlaşıblar. Bu, özlüyündə xüsusi problemlər yaradıb. Xarici veb saytda belə məlumatın verilməsi universitetin prestijinə yaxşı təsir etmir.Xarici tələbə üçün bu heç də maraqlı məlumat deyil”.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları