Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-13 15:10:00
BDU-nun professoru vəfat etdi

Bakı Dövlət Universitetinin Biofizika və molekulyar biologiya kafedrasının professoru Xanlar Abdullayev rəhmətə gedib.

Universitetdən AzEdu.az-a verilən məlumata görə, professor Xanlar Abdullayev 1948-1958-ci illərdə Neftçala şəhər orta məktəbində, 1960-1965-ci illərdə isə Bakı Dövlət Universitetinin Biologiya fakültəsində təhsil alıb. 1971-ci ildə “Мühit duzluluğunun bitkilərdə çox zəif bioxemilüminessensiyanın intensivliyinə təsiri” mövzusunda namizədlik, 2008-ci ildə “Stres amillərə qarşı hüceyrə sisteminin davamlılığının biofiziki cəhətləri (spontan və induksiya olunmuş lüminessensiyanın tədqiqi əsasında)” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

1984-cü ildən dosent, 2010-cu ildən isə professor kimi fəaliyyətini davam etdirib. 1969-cu ildə Bakı Dövlət Universitetində elmi işçi kimi işə qəbul edilib, 1977-ci ildən isə Biofizika və molekulyar biologiya kafedrasında müəllim, baş müəllim, dosent, kafedra müdiri vəzifələrində çalışıb.