Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-13 10:00:00
Ali məktəblərə illərdir, bircə nəfərin belə qəbul olunmadığı məktəblər – Samuxun təhsil problemi

Qəbul  imtahanlarındakı  yüksək göstəricilərə görə, respublikada bir neçə məktəb xüsusilə seçilir.

Bununla yanaşı, çox zəif  nəticələrə sahib,  qəbul faizinin respublika göstəricilərindən az olduğu məktəblər də var.

AzEdu.az Dövlət İmtahan Mərkəzinin təsisçisi olduğu “mekteb.edu.az” saytına istinadən, Samux rayonu üzrə qəbul imtahanlarında ən aşağı nəticə göstərən məktəblərdən bir neçəsini təqdim edir:

Yenikənd kənd orta məktəbi 1999-2004-cü və 2006-2008-ci illər;

H.Məmmədov adına Qırmızı Samux kənd orta məktəbi üzrə 1995-1996-cı illər;

Nizami adına Lüksenburq kənd orta məktəbi üzrə 2004-2008 və 2017-ci il;

Lək kənd orta məktəbi üzrə 1995-1996-cı illər;

Sarıqamış kənd orta məktəbi üzrə 2001-2003-cü illər;

Zazalı kənd orta məktəbi üzrə 1995-1998-ci illər;

Seyidlər kənd orta məktəbi üzrə 2000-2003-cü illər;

M.Xəlilov adına Poylu kənd orta məktəbi üzrə 2003-2005-ci illər;

Qarayeri qəsəbə 2 saylı orta məktəbi üzrə 1997-1999-cu illər ərzində  bir nəfər belə ali təhsil müəssisələrinə qəbul oluna bilməyib.

Xatırladaq ki, Samux rayonu buraxılış və qəbul imtahanlarında ən aşağı nəticə göstərən bölgələrdən biridir. 2011-ci ildə DİM-in sədri Məleykə Abbaszadə bəzi bölgə məzunlarının, eləcə də Samux rayonunun abituriyentlərinin qəbulda topladıqları balın 100-dən aşağı olduğunu açıqlamışdı.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları