Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-13 09:30:00
Başı dərddə olan Makronun maraqlı tələbəlik həyatı - FOTO

Fransa prezidenti Emmanuel Makron  əvvəl investisiya bankiri, iqtisadiyyat naziri kimi fəaliyyət göstərib.  O, 2017-ci ilin seçkilərində qələbə qazanaraq Marin Le Penə   qalib gəlib.

 Emmanuel Makron və təhsil yolu…

Emmanuel Makron  21 dekabr 1977-ci ildə  Amyen şəhərində anadan olub. Onun atası Pikardiya universitetinin nevrologiya sahəsi üzrə professoru Jan-Mişel Makrondur. Anası isə həkim Fransuaz Makron-Noqesdir.

Emmanuelin özü isə faktiki olaraq kitablara, klassik musiqiyə və fortepianoya maraq aşılayan nənəsi Manet   tərəfindən yetişdirildiyini bildirib. “Ölümünə kimi nənəmlə çox yaxın olmuşam. O, kollec direktoru idi. Əqidə və siyasi baxışlarımın mənbəyi varsa, onda həmin mənbə odur”, - Makron öz bioqrafiyasında yazıb.

O,əvvəlcə Amyendə “La Providence” kollecində oxuyub.    Emmanuel Paris X-Nanter universitetində təhsil alıb. Bu universitet siyasi tədqiqatlar institutu və milli administrasiya məktəbidir. 1999-2001-ci illər arasında fransız filosof Pol Rikyörün köməkçisi olub.

 39 yaşlı uğurlu bankir…

Makron 2004-2008-ci illər arasında iqtisadiyyat nazirliyində inspektor vəzifəsini tutub. 2007-ci ildən Jak Attalın rəhbərlik etdiyi Fransa iqtisadiyyatının inkişafının yaxşılaşdırılması üzrə komissiyada hesabatçının müavini vəzifəsini tutub. "Rothschild & Cie Banque" şirkətində investor bankir olub. Bu vəzifəyə görə maliyyə Mosartı ləqəbini alıb.

Makronu 39yaşlı  uğurlu bankir adlandırırlar. O, artıq milyonlar qazana bilib. Emmanuel 2006-cı ilddə sosialistlərin cərgəsinə qoşulsa da, 2009-cu ildə partiya sıralarını tərk edib. 2012-2014-cü illər arasında prezident Fransua Ollandın yanında baş katibin müavini işləyib. Sonradan isə iqtisadiyyat naziri təyin edilib.

 2016-cı ildə Emmanuel rəsmi olaraq prezidentliyə namizədliyini irəli sürür. Seçki platformasında Emmanuel 2022-ci ilə qədər işsizliyi 7.7 %-ə salmağa söz verib. Bundan başqa pensiya islahatları keçiriləcək. Bununla belə yaş həddi və pensiya məbləği dəyişilməyəcək. Polis üçün əlavə 10 min iş yeri açılacaq. Hərbi xərclər 2 faiz artırılacaq. Eyni zamanda əks kəşfiyyatın vahid antiterror bölməsi yaradılacaq. 

Müəllim-tələbə sevgisi...

O, 2007-ci ildə otuz yaşında özünün keçmiş fransız dili müəlliməsi, ondan 24 yaş böyük və orta məktəb dövründən vurulduğu Bricit Tronye ilə ailə qurub.

Makron liseydə təhsil aldığı zaman  Bricit o dövrdə ailəli olub. Bundan başqa, müəllim-tələbə münasibəti də cinayət sayılır. Amma Makron Bricitdən əl çəkmir və qadın boşanan kimi ona evlənmə təklifi edir. Bu vaxt Makronun 17, Bricitin isə 41 yaşı olub.  

Bricit  namizədin prezidentlik yolunda ən məşhur yol yoldaşıdır. Cütlüyün ictimaiyyət içində ilk dəfə birgə görünməyi 2015-ci il iyunun 2-də İspaniya kralı Felipe və xanımı ilə rəsmi nahar vaxtı baş verib. O zaman hələ iqtisadiyyat naziri olan Makron 56 yaşlı arvadı Bricit Tronye ilə fotokameralar üçün poza verib.

Makron və Bricitin  sevgi tarixçəsi cəmiyyətdə qızğın müzakirə olunub. Cütlüyün münasibəti başlanarkən Bricit buna son qoymaq istəyib, o, isə cavab verib: “Nə edirsiniz, edin, sizinlə ailə quracağam!”

Makron sözünün üstündə durub. Onların sevgisinin tarixi geniş məlumdur, cütlük şəxsi həyatın təfərrüatını gizli saxlayır. Tronyenin əvvəlki nikahdan üç böyük uşağı və artıq nəvələri var.  

Günel Yaşarqızı
Müəllifin digər yazıları