Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-13 08:33:00
Bərdədə 13 yaşlı məktəbli qızı avtomobili vurub

Bərdə rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzEdu.az "Report"a istinadən xəbər verir ki, rayonun Bakı küçəsində yerli sakin Şamxal Abdullayevin idarə etdiyi  "Hyundai"  markalı avtomobil yolu keçmək istəyən rayon sakini, 2005-ci il təvəllüdlü Əliyeva Şölə Elçin qızını vurub.

Müxtəlif bədən xəsarətləri alan piyada qəza törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, 13 yaşlı Ş.Əliyeva 7 sinif şagirdidir. Hadisə o, hazırlıqdan çıxıb evə gedərkən baş verib.

Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.

Bundan əvvəl Bakı-Quba yolunda piyadanı maşın vuraraq öldürüb.