Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-12 16:45:00
Dillər Universitetində maraqlı layihə - tələbələr əməkhaqqı alacaq    

13 dekabrda Azərbaycan Dillər Universitetində (ADU) “Bir günlük xəlifə” layihəsi həyata keçiriləcək.

AzEdu.az-ın məlumatına görə, tələbələr universitetin rektoru, prorektorlar, fakültə dekanları da daxil olmaqla 31 rəhbər vəzifəni icra edəcəklər. Həmin gün rəhbər vəzifələri icra edən tələbələrin qərarları tam hüquqi qüvvəyə malikdir.

Vəzifələri tutan şəxslər icra etdikləri vəzifənin bir günlük əməkhaqqını alacaqlar.

Xəlifələr həmin gündən universitetin “kölgə kabineti”ni formalaşdıracaq, kabinet növbəti “Xəlifə günü”nə qədər öz fəaliyyətini davam etdirəcək.