Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-12 15:45:00
Bakıda yeddinci sinifdə oxuyan qızı məktəbə qoymurlar  

Bakıda, Qala qəsəbəsində yeddinci sinifdə oxuyan qızın məktəbə getməsinə icazə verilmir.

AzEdu.az-ın məlumatına görə, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Belə ki, məlumata görə, qızın təhsil almasına atası və nənəsi mane olur. Bildirilir ki, qızı məktəbdən çıxarıb ərə verəcəklər.  

Məsələ barədə hüquq-mühafizə orqanlarına müraciət edilib. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Oxu.az-a bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.