Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-12 15:00:00
Dağların qəribsəyən təhsili – Xızıda zəif qəbul nəticələri – Tələbəsiz kəndlər  

Qəbul  imtahanlarındakı  yüksək göstəricilərə görə, respublikada bir neçə məktəb xüsusilə seçilir.

Bununla yanaşı, çox zəif  nəticələrə sahib,  qəbul faizinin respublika göstəricilərindən az olduğu məktəblər də var.

AzEdu.az Dövlət İmtahan Mərkəzinin təsisçisi olduğu “mekteb.edu.az” saytına istinadən, Xızı rayonu üzrə qəbul imtahanlarında ən aşağı nəticə göstərən məktəblərdən bir neçəsini təqdim edir:

Xızı şəhər orta məktəbi (əvvəlki Xızı qəsəbə orta məktəbi) üzrə 1995-1997-ci illər;

Şurabad qəsəbə orta məktəbi üzrə 1998,1999-cu illər;

Altıağac qəsəbə orta məktəbi üzrə 1995,1996-cı illər və 2017-ci il;

1 saylı orta məktəb - C.Novruz adına (əvvəlki Sitalçay hərbi hissə kənd orta məktəbi) üzrə 1995-1998-ci illər;

Fındığan kənd orta məktəbi üzrə 1995-2005-ci və 2007-2010-cu illər;

Yeni Yaşma kənd orta məktəbi üzrə 1995-1996-cı illər ərzində bir nəfər belə ali təhsil müəssisələrinə qəbul oluna bilməyib.

Qeyd edək ki, sözügedən orta təhsil müəssisələrindən əlavə, Kürdəmir rayonunun əksər məktəblərində qəbul göstəriciləri respublika  səviyyəsindən  aşağıdır.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları