Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-12 14:45:00
Xəzər Universiteti işçi axtarır

Xəzər Universitetinin Mühəndislik və Tətbiqi Elmlər fakültəsi, Mexanika mühəndisliyi departamenti vakansiya elan edib.

Universitetin mətbuat xidmətindən AzEdu.az-a verilən məlumata görə,ali məktəb 2019-2020-ci tədris ili üçün Mexanika mühəndisliyi ixtisası üzrə magistr və doktorluq dərəcəsi alan, “Solid Mechanics” və “Manufacturing” fənlərini tədris edəcək namizədlər axtarır. Mühəndislik və Tətbiqi Elmlər fakültəsində tədris ingilis dilindədir.

Qeyd edək ki, maraqlanan namizədlər öz CV-lərini Mühəndislik və Tətbiqi Elmlər fakültəsinin akademik işlər üzrə dekan müavini Dr. Fəxrəndə Əlimərdanovaya göndərə bilərlər: [email protected].

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları