Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-12 14:30:00
Xəzər Universitəsində “Elm və Sənət Məclisi”nin 68-ci məşğələsi keçirilib - FOTO

Xəzər Universitəsində ənənəvi “Elm və Sənət Məclisi”nin 68-ci məşğələsi keçirilib

AzEdu.az xəbər verir ki, məşğələni giriş sözü ilə Xəzər Universitəsinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, prof. Hamlet İsaxanlı açaraq məruzəçi alim, Beynəlxalq Qafqaz və Azərbaycan Çay Assosiasiyaları İctimai Birliyinin prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Bölməsinin rəhbəri, aqrar elmləri doktoru, prof. Fərman Quliyevin həyat və yaradılıcılığı haqqında geniş məlumat verib.

Sonra məruzəçi Azərbaycanda çay və sitrus plantasiyalarının salınmasından, çayçılığın və sitrus bitkilərinin inkişafı ilə dövlət proqramlarının qəbul edilməsi haqqında ətraflı məlumat verib.

Məşğələ iştirakçılarının diqqətinə çatdırılıb ki, ölkəmizə çay bitkisi XIX əsrin əvvəllərində gətirilib. 1929-cu ildən elmi əsaslarla becərilməsinə, sənaye miqyaslı plantasiyaların salınmasına isə 1932-ci ildən başlanıldığı bildirilib,


Məruzə ətrafında müzakirələrdə İradə Xəlilova, Əlövsət Əmirbəyli, Rövşən Abbasov, Elsevər İbadov, Cavid Ocağı (Xəzər Universitəsi), Abbas İsmayılov, Zaur Həsənov ( Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə ), Əli Şamilov (AMEA-nın Folklor İstitututu), Nemət Məmmədli, İsmixan Yusubov ( Bakı Dövlət Universiteti) və digərləri çıxış ediblər.

Sonda prof. Hamlet İsaxanlı maraqlı məruzə üçün prof. Fərman Quliyevə dərin təşəkkürünü bildirib və ona universitənin hədiyyəsini təqdim edib. Xatirə şəkilləri çəkilib.