Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-12 12:49:59
Məşhur alimin AzEdu.az-da səsləndirdiyi təklif  səs-küyə səbəb oldu – “Lağlağıya qoyublar, lakin...”  

“I və IV qruplarda buraxılış və ya qəbul imtahanlarından birinə Azərbaycan tarixinin də daxil edilməsi təklifim bəzi Milli Qüvvələr tərəfindən rəğbətlə qarşılıb. Lakin mütləq etnik antropologiyaları ilə maraqlanıb, milli kimliklərini müəyyən edəcəyim bəzi insanlar təklifi lağlağıya qoyublar. Ən pisi isə müsahibəni paylaşanların statuslarını müdafiə edə biləcək dəyanət göstərməmələridir”

AzEdu.az xəbər verir ki, bu sözləri tarixçi, Dövlət İmtahan Mərkəzinin Tarix üzrə seminarının sədri Kərəm Məmmədov şəxsi feysbuk hesabında qeyd edib. O, Azərbaycan tarixinin ixtisas qruplarına əlavə olunması təklifinin birmənalı qarşılanmaması barədə söz açıb:

“Doğrudanmı,  Milli Dəyərlərimiz aşılanmasının son mərhələsinə daxil olub? Saytların birinə verdiyim müsahibədə I və IV qruplarda buraxılış və ya qəbul imtahanlarından birinə Azərbaycan tarixinin də daxil edilməsi təklifim bəzi Milli Qüvvələr tərəfindən rəğbətlə qarşılanıb. Lakin mütləq etnik antropologiyaları ilə maraqlanıb, milli kimliklərini müəyyən edəcəyim bəzi insanlar təklifi lağlağıya qoyublar. Ən pisi isə müsahibəni paylaşanların statuslarını müdafiə edə biləcək dəyanət göstərməmələridir. Antropologiya daha "qorxuludur", hörmətli tarixdən qorxan kimsizlər”.

Xatırladaq ki, Kərəm Məmmədov bir müddət öncə AzEdu.az-a açıqlaması zamanı I və IV ixtisas qruplarına Azərbaycan tarixi fənninin əlavə edilməsi təklifini irəli sürmüşdü. Tarixçi texniki yönümlü ixtisaslara hazırlaşan abituriyentlərdə tarixi bilgilərin zəif olduğunu və bunun qəbul olduqları ali məktəblərdə də tələbənin göstəricilərinə təsir göstərdiyini vurğulamışdı.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları