Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-12 10:24:00
Bakıda “Uşaqları güldürək ki, dünya gülsün” adlı aksiya keçirilib  - FOTO

Bakıda “Uşaqları güldürək ki, dünya gülsün” adlı xeyriyyə aksiyası keçirilib.

AzEdu.az-ın məlumatına görə, aksiya Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) dəstəyi ilə “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi tərəfindən təşkil edilib. Tədbir fiziki imkanları məhdud uşaq və yeniyetmələrə həsr olunub.

Tədbirin açılışında “Yeni Həyat” İctimai Birliyinin sədri Nailə İsmayılova qeyd edib ki, yardım və dəstəyə ehtiyacı olan insanlar hər gün özlərinə qarşı qayğı hiss etməlidirlər. Onun sözlərinə görə, aksiyanın təşkilatçıları hər bir uşağı diqqət və qayğı ilə əhatə etməyə yönəlib.

N. İsmayılova bildirib ki, Azərbaycanda xeyriyyəçiliyin keçirilməsi qeyri-adi hal hesab olunmur: “Bir çox insan köməyə ehtiyacı olanlara qarşılıqsız yardım edir. Hamımız bilirik ki, ağır xəstəlikləri olan uşaqlara, yaşlı insanlara və yaşayış şəraiti ağır olan insanlara dəstək lazımdır. Aksiyamız hamıya xatırladır ki, yanımızda köməyə ehtiyacı olan uşaqlar və yeniyetmələr var. Hər birimiz bu köməyi göstərmək, bir az vaxt ayırmaq, öz diqqətini, sevgisini, istliyini və qayğısını yönəltmək gücündədir”. 

Azərbaycan Milli Geyim Mərkəzinin və AQSİA-nın “Sosial iş” komissiyasının rəhbəri Gülnarə Xəlilova AQSİA-nın sədri Səkinə Babayevanınadından qonaqları salamlayıb və qeyd edib ki, bu cür tədbirlər həm fiziki məhdudiyyətləri olan, həm də dolğun həyat yaşayan insanları birləşdirir və bu, olduqca vacibdir.

G. Xəlilova deyib ki, bu aksiya qəlbin tələbatıdır: “Belə uşaqların sevinci bizim də sevincimizdir. Bu aksiya bir-birimizə daha yaxın olmaq, hər bir uşağın, onların ailələrinin problemlərini başa düşmək və qəbul etmək, nəzərdən qaçmayacaq xeyirxah işlər görməyə çalışmaq üçün kömək edir. Bu cür işlər yardım gözləyən hər kəsə dəniz fənəri kimi işıq saçır. Biz kömək göstərməklə sadəcə maddi və mənəvi dəyərlər deyil, ən əsası uşaqlara sevinc və ümid bəxş edirik”.

Milli Məclisin deputatı Adil Əliyev aksiyanın keçirilməsini yüksək qiymətləndirərək bildirib ki, dövlət fiziki imkanları məhdud şəxslərə, onların cəmiyyətə inteqrasiya olunmasına böyük qayğı və diqqət ayırır.
Qonaqların arasında içtimayi xadimlər, mədəniyyətvə elm xadimləri var idi. Aksiya çərçivəsində fiziki imkanları məhdud uşaqların işlərindən ibarət sərgi nümayiş olunub, onlar, həmçinin müxtəlif kompozisiyalar və musiqi nömrələri təqdim ediblər. Qonaqlara əyləncə proqramı göstərilib.