Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-11 15:36:45
Hacıqabulda  zəif  qəbul  - Tələbəsiz kəndlər, aşağı göstəricilər  

Qəbul  imtahanlarındakı  yüksək göstəricilərə görə, respublikada bir neçə məktəb xüsusilə seçilir.

Bununla yanaşı, çox zəif  nəticələrə sahib,  qəbul faizinin respublika göstəricilərindən az olduğu məktəblər də var.

AzEdu.az  Dövlət İmtahan Mərkəzinin təsisçisi olduğu “mekteb.edu.az” saytına istinadən, Hacıqabul rayonu üzrə qəbul imtahanlarında ən aşağı nəticə göstərən məktəblərdən bir  neçəsini təqdim edir:

Padar qəsəbə orta məktəbi (əvvəlki 12 N-li dəmiryolu orta məktəbi) üzrə 1999-2009-cu və 2011-2013-cü illər;

  1. Quliyev adına Hacıqabul 6 saylı şəhər orta məktəbi (əvvəlki Qazıməmməd 9 saylı d/yolu orta məktəbi) üzrə 2017-ci il;

Hacıqabul 9 saylı şəhər orta məktəbi üzrə 2009-2011-ci illər;

V.Mustafayev adına Qarasu kənd orta məktəbi üzrə 2004-2007-ci illər;

Ə.Ağayev adına Kolanı kənd orta məktəbi üzrə 1998-2006-cı və 2009-2011-ci illər;

İ.Həsənov adına Meynəman kənd orta məktəbi üzrə 1995-2000-ci illər və 2017-ci il;

V.Məmmədov adına Muğan qəsəbə orta məktəbi üzrə 1999-2005-ci illər;

K.Quliyev adına Ağacanlı kənd orta məktəbi üzrə 2000-2014-cü illər;

S.Gülmalıyev adına Udulu kənd orta məktəbi üzrə 1996-2006-cı illər və 2008-2010-cu illər;

A.Baxşəliyev adına Şorbaçı kənd orta məktəbi üzrə 2012-2017-ci illər;

R.Qənbərov adına Navahı qəsəbə 2 saylı orta məktəbi (əvvəlki Navahı stansiyası orta məktəbi) üzrə 1997-2005-ci və 2017-ci illər;

C.Cavadov adına Atbulaq kənd orta məktəbi üzrə 2001-2004-cü illər;

Abdulabad kənd orta məktəbi üzrə 2007-2010-cu illər;

Ə.Cəfərzadə adına Tağılı kənd orta məktəbi üzrə1997-2003-cü və 2007-2013-cü illər ərzində bir nəfər belə ali təhsil müəssisələrinə qəbul oluna bilməyib.

Qeyd edək ki, sözügedən orta təhsil müəssisələrindən əlavə, Hacıqabul rayonunun əksər məktəblərində qəbul göstəriciləri respublika  səviyyəsindən  aşağıdır.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları