Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-11 12:11:35
Azərbaycanda Milli Təhsil Forumu keçiriləcək  

Dekabrın 22-də Qlobal Kariyera İnstitutunun təşkilatçılığı, "Study in Azerbaijan" şirkətinin və Azərbaycan Universitetlər Konsorsiyumunun  dəstəyi ilə Milli Təhsil Forumu keçiriləcək.

AzEdu.az xəbər verir ki, forum Odlar Yurdu Universitetində baş tutacaq.

Dünya təhsil sistemində yaşanan yeniliklər, müasir informasiya texnologiyalarının tətbiqi, xarici təcrübənin öyrənilməsi, Azərbaycanda bu istiqamətdə aparılan islahatlar, inkişaf tendensiyası baş tutacaq Forumun əsas müzakirə mövzuları olacaq.

 Qlobal Kariyera İnstitutu və Girnə Amerikan Universiteti Multikultural Departamentinin direktoru Orxan Həsənoğlunun verdiyi məlumata görə təhsil sahəsində böyük təcrübəyə malik tanınmış ekspertlərin, ziyalıların spikerliyi ilə gerçəkləşəcək Forum yeni fikir və ideyaların yaranma platforumu kimi nəzərdə tutulub. Bununla yanaşı, Azərbaycanda təhsilə göstərilən dövlət qayğısı nəticəsində əldə olunan uğurların müxtəlif aspektlərdən təqdimatı da tədbirin əsas mahiyyətini təşkil edəcək.

Forumun spikerləri arasında professor Şahlar Əsgərov, Əməkdar müəllim, professor Asif Cahangirov, pedaqoji elmlər doktoru, professor Ənvər Abbasov, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov, Hədəf STEM Liseyinin direktoru, dosent Şəmil Sadiq, təhsil üzrə ekspert Nadir İsrafilov, şair-sosioloq, professor Əhməd Qəşəmoğlu, iqtisad elmləri doktoru, professor Saleh Məmmədov və digər elm xadimlərinin mühazirələri dinləniləcək.