Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-11 10:00:00
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının bölmələrinin hesabatları dinləniləcək

17 dekabr 2018-ci il saat 15.00-da AMEA Gənc Alim və Mütəxəssislər Şurasının Bölmələr üzrə (Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi, Biologiya və Tibb Elmləri Bölməsi, Yer Elmlər Bölməsinin, AMEA Gəncə Bölməsi) hesabatı dinləniləcək.

AzEdu.az xəbər verir ki, bütün bölmələr üzrə Şura Sədrləri, müavinlər və elmi katiblərin iştirakı mütləqdir. Eyni zamanda arzu edən bütün gənclərin hesabat iclasında iştirakı təmin olunacaq.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.

Qeydiyyat: saat 14.30 – da başlanır. Ünvan: (AMEA Əsas bina II mərtəbə, kiçik akt zalı)