Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-11 09:15:00
Bundan sonra universitetlərə rektor 5 illik təyin olunacaq - Fərman
Azərbaycanda dövlət ali təhsil müəssisəsində rektor 5 il müddətinə təyin ediləcək. 
 
AzEdu.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb. 
 
Bu müddəa bu Fərman qüvvəyə mindikdən sonra həyata keçirilən təyinatlara şamil olunacaq.