Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-10 18:03:49
Braziliyadakı Azərbaycan məktəbində xeyriyyə tədbiri keçirilib    

Dekabrın 7-də Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyi tərəfindən 2018-ci ilin yekunu olaraq, Rio de Janeyro şəhərində yerləşən və Azərbaycan adını daşıyan bələdiyyə məktəbində xeyriyyə tədbiri keçirilib.

Səfirlikdən AzEdu.az-a verilən məlumata görə, tədbir zamanı, məktəb şagirdlərinə “Escola Municipal Azerbaijao” (Azərbaycan adına Bələdiyyə Məktəbi) yazılı maykalar və digər məktəbə tələb olunan əşyalar hədiyyə edilmiş, ilin ən yaxşı şagirdlərinə səfir Elxan Poluxovun təşəkkürnaməsi təqdim edilib.

Məktəb tərəfindən, Azərbaycanın Braziliyadakı Səfirliyinə, il ərzində göstərdiyi dəstəyə, eləcədə bağışlanmış hədiyyə və ianələrə görə minnətdarlıq bildirilib.