Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-10 13:45:00
Respublika və beynəlxalq səviyyədə bu fənn  üçün niyə olimpiadalar keçirilmir? – Şagirdləri  əsəbiləşdirəcək cavab  

AzEdu.az  izləyiciləri maraqlandıran sualları cavablamaqda davam edir. Ən çox ünvanlanan suallardan biri də İngilis dili üzrə fənn olimpiadalarının keçirilib keçirilməməsi ilə bağlıdır.

SUAL: - İngilis dilindən olimpiadalar keçirilirmi? Aşağı sinif şagirdi ingilis dilini yüksək səviyyədə bilirsə,  yuxarı siniflər üçün nəzərdə tutulan olimpiadalarda iştirak edə bilərmi?

Cavab: - İngilis dilindən fənn olimpiadaları keçirilmir. Fənn olimpiadalarının keçirilmə qaydalarında da bu fənnin adı qeyd edilməyib. Qaydalara əsasən, bu olimpiadalar yalnız Azərbaycan dili və Ədəbiyyat, Biologiya, Coğrafiya, Fizika, İnformatika , Kimya, Riyaziyyat və  Tarix fənləri üzrə təşkil olunur. Bu fənlər üzrə olimpiadalar, məktəb, region, respublika və beynəlxalq olimpiada mərhələlərini əhatə edir.

İngilis dili üzrə olimpiadalar isə yalnız məktəbdaxili keçirilir və yer tutan şagirdlər respublika səviyyəsinə çıxarılmır.

Bu istiqamətdə dövlət səviyyəli fənn olimpiadaları keçirilməsə də, müxtəlif özəl qurum və universitetlər ingilis dili olimpiadası təşkil edirlər. Məsələn, keçən il ADA universiteti 2 mərhələdən ibarət İngilis dili olimpiadası təşkil edib. Müsabiqənin  ilk mərhələsində şagirdlərin İngilis dilinin qrammatikası üzrə bilik və mətni oxuyub anlama bacarıqları, ikinci turda isə dinləmə, esse yazma qabiliyyətləri yoxlanılıb.

İngilis dilini tədris edən gənc müəllim Məhəmməd Qarakişiyev AzEdu.az-a bildirib ki, bu fənn üzrə olimpiadanın yalnız məktəb daxilində keçirilməsi və respublika  turunun olmaması  uşaqlarda stimul yaratmır. Şagirdlər digər fənlərdə olduğu kimi ingilis dili üzrə də yer tutmaq istəyirlər. Amma bu, mümkün olmur:

“Mən bir dəfə bu məsələni qaldırmışdım. Bir şagirdim regionda birinci yerə çıxsa da, sonrakı mərhələ olmadığına görə, iştirak edə bilməmişdi.

İngilis dili üzrə də olimpiada keçirilsə, çox yaxşı olar. Ən azından uşaqlarda ingilis dilini öyrənməyə daha çox maraq  yaranar. Belə olsa, universitetlərə qəbulda da uşaqların ingilis dili ilə bağlı heç bir problemi olmayacaq. Bu, həm də buildənqəbul imtahanlarına tətbiq olunacaq dinləmə və oxu bacarıqlarının inkişafına imkan yaradacaq”.

Müəllimin sözlərinə görə, ingilis dili üzrə məktəbdaxili keçirilən olimpiada da yuxarı siniflər arasında olur. Burada yalnız IX, I, XI siniflər iştirak edə bilirlər. Aşağı siniflər bura qatıla bilməz. Çünki orada müxtəlif qrammatik suallar olur və suallar səviyyələrə görə müəyyənləşdirilir.  Aşağı sinif şagirdi isə bunları bilə bilməz.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları