Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-10 14:16:00
Məktəb direktoru icra başçısının müavini təyin olundu

Gəncə Şəhər İcra Hakimiyyətində (İH) yeni təyinat olub.

AzEdu.az "Report"a istinadən xəbər verir ki, Vəfa Nizami qızı Abbasova İcra Hakimiyyəti başçısının müavini - İH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, V.Abbasova bundan öncə Gəncə şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışıb.