Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-10 12:46:00
Azərbaycan alimləri niyə bu gündədir?

Ötən əsrin 80-ci illərində, bizim tələbəlik dövrümüzdə eşidirdik ki, hansısa alim hansısa alimlə yola getmir. Səbəblərini təxmin edirdik: intriqalar semestr imtahanları, qəbul imtahanları, aspirantura ilə bağlı narazılıqlardan qaynaqlanırdı. Bir də amansız regionçuluqdan.

AzEdu.az Kult.az xəbər verir ki, bu sözləri təhsil eksperti Etibar Əliyev qeyd edib. O bildirib ki, ən çox yola getməyən alimlər filoloqlar olub:

“Kimyaçılar və tarixçilər də bunlardan geri qalmırdı. Sovetlər dağıldıqdan sonra partiyalaşma başladı, universitet intriqaları siyasətə keçdi. Sular durulduqdan sonra alimlərin çoxu gördü ki, quru yurdda qalıb. Bu insanlarda xeyli mənfi enerji toplanıb. İndi alimlərin hansını yüngülcə tənqid edirsən, yaxud danışdığı yalanı üzünə vurursan, elə söyüşlər söyürlər ki, icbari təhsil müddətini başa vurmuş uşaqların küçə söyüşləri bunların yanında toya gedəsidir. Vaxtilə çətin tərbiyə olunan uşaqların məktəbləri fəaliyyət göstərirdi. İndi çətin tərbiyə olunan alimlərin məktəbini yaratmaq lazımdır”.

Qeyd edək ki, təhsil eksperti Etibar Əliyev jurnalist Azər Həsrətdən sonra türkoloq alim Firudin Cəlilovla arasında olan qalmaqalla gündəmə gəlib. Hər iki şəxs sosial şəbəkədə bir-birinin ünvanına təhqir dolu mesajlar ünvanlayıb, aşağılayıcı ifadələr işlədiblər.