Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-10 13:30:00
II qrupda Ümumi tarixə aid suallar asan olacaq: “Amma yenə də haqsızlıqdır”  

“II ixtisas qrupuna Ümumi tarixin əlavə olunması bu qrupa hazırlaşan abituriyentlərə haqsızlıqdır. Eyni kitablardan dərs keçmələrinə baxmayaraq, Tarix II qruplara maksimum  100, III-lərə isə 150 bal verir”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Tarix müəllimi Səbuhi Kamal deyib. O, Dövlət İmtahan Mərkəzi tərəfindən qəbul proqramının gecikdirilməsinə münasibət bildirərkən qeyd edib ki, suallar seminarlarda müzakirə olunduğundan proqram barədə sıxıntı yaşamırıq:

“Şagirdlər, xüsusilə də II ixtisas qrupuna hazırlaşan abituriyentlər daim təlaşdadırlar. Çünki II ixtisas qrupuna Ümumi tarixin əlavə olunması onlara haqsızlıqdır. Eyni kitablardan dərs keçmələrinə baxmayaraq, Tarix II qruplara maksimum 100, III-lərə 150 bal verir.

DİM-in Tarix seminarının rəhbəri Kərəm Məmmədovun dediyinə görə, II qruplar üçün  Ümumi tarix asanlaşdırılmış formada düşəcək. Amma biz hansı bölmənin çətin, hansının asan düşəcəyini dəqiq bilmədiyimiz üçün Ümumi tarix proqramı II qruplara da III qrup səviyyəsində keçirilir”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları