Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-08 11:51:00
"Buraxılış imtahanlarında müsabiqə şərtləri çox sadə olacaq" - DİM Rəsmisi

“Buraxılış imtahanlarında müsabiqə şərtləri çox sadə olacaq. Ona görə də abituriyent və valideynlər bu imtahanlarla bağlı narahat olmasınlar”

AzEdu.az xəbər verir ki, bunu telekanaldakı çıxışı zamanı Dövlət İmtahan Mərkəzinin sektor müdiri Murad Əliyev deyib. Onun sözlərinə görə, ifadə olaraq yeni qəbul qaydaları kimi səslənsə də, bu proses 20 ilin nəticəsində formalaşıb:

“2019-cu ildə keçiriləcək yeni qəbul modelində müsabiqə zamanı keçid ballarının necə formalaşacağını əvvəlcədən demək mümkün deyil. Amma onu qeyd edə bilərəm ki, buraxılış imtahanlarında müsabiqə şərtləri çox sadə olacaq. Ona görə də abituriyent və valideynlər bu imtahanlarla bağlı narahat olmasınla”.

Xatırladaq ki, 2019-cu ildə buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək cəmlənəcək və bununla da ümumi nəticə əldə olunması nəzərdə tutulub. Məsələn, buraxılış imtahanında toplanan bal 300-dürsə, o bal qəbul imtahanında olan nəticənin üstünə gəlir və beləliklə, ümumi balla müsabiqə keçirilir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları