Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-07 16:40:23
Nazirlikdən liseydə müəllimlə şagirdin davasına REAKSİYA

Təhsil Nazirliyi Bakıda peşə liseylərinin birində müəllimlə şagird arasında baş verən mübahisəyə münasibət bildirib.

AzEdu.az xəbər verir ki, nazirlikdən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 12 nömrəli Bakı Peşə Liseyində baş vermiş hadisə ilə bağlı məsələ şişirdilib və həqiqətə uyğun olmayan formada təqdim olunub:

“Video dərs zamanı şagirdlər dərsi pozarkən qeydə alınıb. Məsələ barəsində lisey rəhbərliyi tərəfindən dərhal lazımi tədbirlər görülüb, həm şagirdlərin, həm də istehsalat təlimi ustasının izahatları alınıb, şagirdlərin valideynləri liseyə dəvət olunub”.