Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-07 16:03:40
Gəncə Dövlət Universiteti beynəlxalq elm platformasında təəccüb yaratdı –SƏBƏB  

“İlk dəfə olaraq məhz  Gəncə Dövlət Universiteti ən çox publikasiya aktivliyi olan bölgə universiteti kimi mükafat aldı. Clarivate Analytics” (Thomson Reuters)-in əməkdaşları söyləyirdilər ki,  bu, bizim üçün çox gözlənilməz hadisədir. Gözləməzdik ki, Azərbaycanın hər hansı bölgə universiteti belə bir uğura imza atar. Əməkdaşlarının qısa müddətdə, beynəlxalq impact faktorlu jurnallarda bu qədər çox məqalələri çap olunar”.

Bu fakt  Təhsil TV-də müzakirə zaman “Web of Science Awards 2018” mükafatı və Azərbaycan alimlərinin beynəlxalq elmi platformalardakı göstəricilərinin müzakirəsi zamanı səsləndirilib.

Qeyd edək ki,  Clarivate Analytics” (Thomson Reuters) və Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun “Web of Science Awards 2018” birgə mükafatınlar ötən gün öz sahiblərinə təqdim edildi.

Azərbaycanın 13 alimi və 18 elmi tədqiqat müəssisəsi (o cümlədən, elmi dərgi və innovativ mərkəzlər)  bu mükafata layiq görüldülər.

Xatırladaq ki, bu günlərdə “Clarivate Analytics” şirkəti 2018-ci ildə ən çox istinad olunan alimlərin (Highly Cited Researchers) reytinq cədvəlini dərc edib. Clarivate Analytics – elmmetrik analiz üzrə dünya lideridir. Şirkət beşinci dəfədir ki, “Web of Science” məlumatlar bazasına əsaslanaraq ən nüfuzlu alimlərin siyahısını dərc edir. Öz sahəsində ötən ildə ən çox istinad olunan alimlərin 1%-i bu siyahıya daxil edilir.