Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-07 15:50:00
Azərbacan İlahiyyat İnstitutunun Tələbə Elmi Cəmiyyəti yaradıldı
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Tələbə Elmi Cəmiyyətinin (TEC) yaradılmasına həsr edilmiş tədbir keçirilib.
 
AzEdu.az xəbər verir ki, Aİİ rəhbərliyinin, müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə TEC-in məqsəd və gələcək perspektivləri müzakirə olunub.
 
Aİİ rektoru Ceyhun Məmmədov bildirib ki, İnstitutda tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi məqsədilə müxtəlif mövzularda seminarlar və görüşlər təşkil olunur. Rektor qeyd edib ki, qarşıda duran vacib vəzifələrdən biri tələbələri elmi fəaliyyətə istiqamətləndirmək, bu yöndə onların fəallığına nail olmaqdır. İnstitut rəhbəri, həmçinin qeyd edib ki, TEC-də potensialı yüksək və elmi araşdırmalara marağı olan tələbələrin aşkar edilib elmi aktivliyə cəlb olunması əsas məqsədlərdəndir.
 
C.Məmmədov bildirib ki, tələbələrin elmi araşdırmaları ilə bağlı məsələlərin operativ həllinə nail olmaq üçün onların professor-müəllim heyəti ilə qarşılıqlı əlaqələrini gücləndirmək lazımdır.
 
Tədbir çərçivəsində Aİİ-nin müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov iştirakçılara TEC-in strukturu və fəaliyyəti barədə məlumat verib. TEC-in vəzifələri haqqında danışan A.Qafarov qeyd edib ki, Cəmiyyət tələbələr arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliği, tədqiqatların aparılmasına gənclərin marağının artırılması, onlarda elmi metodların öyrənilməsinə motivasiyanın yaradılması, tədris materiallarının dərindən və mükəmməl olaraq mənimsənilməsinə köməklik göstərilməsi kimi məsələləri öhdəsinə götürür.
 
Tədbir işirakçılarının səsverməsi ilə Aİİ üzrə TEC-in sədri Nicat Ehtibaroğlu, müavinləri isə Emin Orucov və Elnarə Ağaoğlu seçilib.
 
Tədbirdə, həmçinin təşkilatın gələcək fəaliyyəti müzakirə olunub.