Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-07 14:00:00
“Son 5 ildə müəllim olmaq istəyənlər minimum məzmun və səviyyə tələblərinə cavab verməyiblər” – Sərt irad  

“5 il ərzində müəllim olmaq arzusunda olan ixtisaslı mütəxəssislərin çoxu Təhsil Nazirliyi tərəfindən təsdiqedilən məzmun və səviyyəyə qoyulan minimum tələblərə cavab verməyiblər” 

AzEdu.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov  feysbuk hesabında deyib. O, müəllim kadrlarının hazırlığı ilə bağlı yazdığı statusda son 5 ilin göstəricilərini qeyd edib: 

“Pedaqoji kadr hazırlayan ali təhsil müəssisələrinin 15427 məzunundan 2589-u, yəni, 17,5%-I   Təhsil Nazirliyinin son 5 ildə keçirdiyi işə qəbul imtahanlarında 48 və daha çox bal toplayıblar.

36 baldan çox nəticə göstərənlərin sayı isə 9495-ə çatıb. Bu  isə müraciət edənlərin 65, 36 %-i təşkil edir.

Belə qənaətə gəlmək olar ki, işə qəbul üçün müraciət edən məzunların əksəriyyəti (82,85%) 48-dən aşağı, əhəmiyyətli çoxluğu isə (34,64%) 36-dan aşağı bal toplayıblar”.

Ekspertin çıxardığı nəticəyə görə, 5 il ərzində müəllim olmaq arzusunda olan ixtisaslı mütəxəssislərin çoxu Təhsil Nazirliyi tərəfindən təsdiqedilən məzmun və səviyyəyə qoyulan minimum tələblərə cavab verməyiblər:

“Bu, belə qənaətə əsas verir ki, pedaqoji kadr hazırlığı ilə məşğul olan ali təhsil müəssisələrində əmək bazarının tələbləri və müasir standartlara cavab verən kadr hazırlığı həyata keçirilmir”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları