Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-07 13:15:05
Teatrlar məktəblilərə Yeni ildə bu sürprizləri edəcəklər – Qaçırmayın!  

Yeni ildə məktəblər tətilə çıxdıqlarına görə əksər valideynlər bu müddətdən övladlarının maksimum yararlanmasına çalışır, bir çoxları isə onların mənəvi inkişafını düşünərək teatrlara üz tuturlar.

AzEdu.az respublika teatrlarının yeni il günlərində uşaqları hansı tamaşa və sürprizlərlə sevindirəcəyini araşdırıb:

Azərbaycan Milli Dram Teatrından bildirilib ki, 22, 23, 27, 28 dekabr tarixlərində uşaqlar üçün yeni tamaşa nümayiş etdiriləcək.  Səhnəyə qoyulacaq tamaşanın adı  isə “Niltza tısbağalar və kapitan Cekin məzarı”dır.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının əməkdaşı Dilarə Məlikova isə uşaqlar üçün yeni il tamaşalarının dekabrın 26-dan yanvarın 6-dək  keçiriləcəyini bildirib. Qeyd olunan tarixlərdə hər gün saat 12, 2, 4, 6-da uşaqlar üçün “Maşa və ayı” tamaşı səhnələşdiriləcək. Tamaşa biletinin qiyməti isə 3 manatdır.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrından isə bildirilib ki, dekabrın 28-dən  yanvarın 6-a qədər “Qar kraliçası” tamaşalı yeni il şənliyi keçiriləcək. Tamaşa həm də bol sürpriz və hədiyyələrlə dolu olacaq. Hədiyyələrin isə müxtəlif şirniyyatlardan ibarət olması gözlənilir.

Bakı Uşaq Teatrının rəhbəri, Əməkdar artist İntiqam Soltan da teatrın uşaqlar üçün nəzərdə tutduğu silsilə şənliklərdən danışıb. O bildirib ki, teatr tamaşaları daha çox məktəb və bağçalarda təşkil olunur:

“Ofisimiz elə bir yerdədir, heç kimin ağlına gəlməz ki, belə bir yerdə teatr göstərmək olar.  Qaraçuxur qəsəbəsində bir mədəniyyət evində fəaliyyət göstəririk. Buna görə də, yeni il şənliyini daha çox məktəb və bağçalarda təşkil edirik.

Ofisimizdə isə 1-2 xeyriyyə tamaşası nəzərdə tuturuq. Bu tamaşaları əsasən, övladlarını yeni il tamaşalarına aparmağa vaxt ayıra bilməyənlər- mətbuat işçiləri, polis idarəsi işçiləri üçün təşkil edirik.

Bizim bilet sataraq yeni il şənliyi etmək imkanlarımız demək olar ki, sıfıra bərabərdir. Amma xeyriyyə üçün satışa bilet qoymuşuq. 2, 3 yanvar tarixində xeyriyyə yeni il tamaşaları nəzərdə tutulub. Bilet satılmayacağı təqdirdə isə xeyriyyə tamaşalarını dayandıracayıq. Alınsa, bu tamaşalar qeyd etdiyim tarixdə saat 11 və 1-də baş tutacaq.

Ümumiyyətlə, bu, konkret tamaşa deyil, tamaşalı yeni il şənliyi olacaq. Burada uşaqlar üçün şaxta baba, qar qız və müxtəlif nağıl personajları iştirak edəcəklər”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları