Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-07 12:36:23
Azərbaycanda məktəbliləri daşıyan avtobus qəzaya düşdü - Xəsarət alanlar var

Dekabrın 7-də saat 07:45 radələrində Qobu qəsəbəsindən Bakı şəhəri istiqamətində gələn yolda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 217 nömrəli tam orta məktəbin şagirdlərinin də olduğu avtobus qəzaya uğrayıb. 

217 nömrəli tam orta məktəbdən AzEdu.az-a verilən məlumata görə, qəza zamanı nəqliyyat vasitəsində 10 şagird və bir neçə valideyn olub. 

Onlardan 2-si şagird və 2 valideyn daha ciddi xəsarət aldığı üçün təcili xəstəxanaya yerləşdirilib. 

1 şagird və 1 valideynə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. 

Qəza zamanı xəsarət alanlar 1 saylı Şəhər Klinik Xəstaxanasına və Respublika Klinik Xəstəxanasına yerləşdirilib. 

Onu da qeyd edək ki, nəqliyyat vasitəsi valideynlərin təşəbbüsü ilə Qobu qəsəbəsindən 217 nömrəli tam orta məktəbə şagirdlərin aparılıb-gətirilməsi üçün sifariş olunub. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən aldığımız məlumata görə, İdarənin əməkdaşları xəstəxanada olub, xəsarət almış şagirdlərin vəziyyəti ilə maraqlanıblar.

Aparılan araşdırmanın nəticələrinə uyğun olaraq, əlavə məlumat veriləcək.