Bir qrup araşdırmaçı iddia edir ki, bu mişar dişli çənəsi olan iki ayaq üzərində gəzən dinozavrdan həmin dövrlərdə Yeni Cənubi Uelsdəki Lightning Ridge bölgəsi yaxınlığında bol miqdarda olub.

Fosil əvvəlcə yerləşdiyi mövqeyinə görə Weewarrasaurus Pobeni kimi adlandırıldı. Çünki opalın çıxarıldığı ərazinin adı Wee Warra, opal alıcısının və onu araşdırmaq üçün qrupa təqdim edən şəxsin adı isə Mike Poben idi.

‘’Sərt opalı növlərinə görə ayırırdım. Sonra opallardan birində iki çıxıntı gördüm. Həyat bir andaca dayandı. Əgər bu çıxıntılar dişdirsə, deməli, mən bir çənə sümüyü tapmışam.’’ – Mike Poben həmin an belə düşünmüşdü.

Ümumiyyətlə, Lightning Ridge-nin bir çox fosil növünün mövcud olduğu yeganə ərazi olduğu güman edilir – burada opal, rəngli, dəyərli daş kimi qorunur.

Avstraliyanın opal mədənləri dünya opal mədənlərinin 95 %-ni təşkil edir. Lightning Ridge isə qara opalın əsas vətənidir. Nəticə etibarilə, bu ərazi saysız-hesabsız mədənlərlə doludur.

Kəşf olunan fosil demək olar ki, sırf mədən sənayesinin məhsuludur. Lakin təəssüf ki mədən sənayesi mövcud fosillərin qırılması qalıqlara bölünməsi və stratiqrafik məlumatlarının itirilməsinə səbəb olur.

Peer J. jurnalındakı araşdırma yazısında belə qeyd olunur:

Foto / ”Göz qamaşdıran mavi-yaşıl çənə sümüyü üzərində kəsici dişlər görünür.”

İt ölçülərinə sahib dinozavr növünə aid yeni fosil tapılıb

Yaxınlıqdakı New England Universitetinin palaeontoloqu Phil Bell araşdırmasında belə qeyd edir:

Mike-ın dərhal nümunəni mənə göstərməsini xatırlayıram. Özümü saxlaya bilməmişdim. Çox gözəl anlar idi.

O, əlavə edir ki, Lightning Ridge dünyanın əsas fosil yataqlarından biridir, çünki Kretase faunasının bir çox üzvünü qoruyub saxlayır. Əgər bu fosillər Çin və Monqolustanda tapılan fosillər kimi daşların səthində olsaydı, ərazi mütləq xəzinələrin xəzinəsi titulunu qazanardı.

Təəssüf ki, gördüyümüz fosil qalıqları demək olar ki, çox vaxt dağ-mədən sənayesinin qurbanı olurlar, çünki onlar əsasən qaya təbəqələrinin onlarla metr dərinliyində yerləşirlər. Dağ-Mədən sənayesi fosilləri parçalara ayırır, amma bir məsələ də var ki, əgər dağ-mədən sənayesi olmasa bu fosil qalıqlarını da görə bilmərik.

Lightning Ridge-dəki Avstraliya Opal Mərkəzinin idarəçisi, paleontoloq Jenni Brammal çənə sümüyünün olduqca nadir kəşf olduğunu qeyd edir. Deyir ki, bu inanılmaz kiçik qalıq həm yeni dinozavr növünün, həm də 100 milyon illik çənə sümüyünün xəbərçisidir.

Bəs tapılan hansısa bir fosilin aid olduğu növ necə təyin olunur?

Tapılan fosilin analizi əsasdan xüsusiyə doğru saysız-hesabsız testlərlə müəyyən olunur və nəticədə əvvəlcə detallı növ araşdırması, daha sonra isə əsasən o növün içində hansısa çeşidin olub-olmadığı müəyyən olunur.