Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-06 22:01:00
Vaşinqtonda təhsil alan azərbaycanlı tələbələrə karyera inkişafı

Vaşinqtonda fəaliyyət göstərən ABŞ-Azərbaycan Ticarət Palatasında bu şəhərin universitetlərində bakalavr təhsili alan azərbaycanlı tələbələrə karyera inkişafı ilə bağlı təlim keçirilib. Modern.az xəbər verir ki, təlimdə Corctaun, Amerika və Kolumbiya Dairəsi universitetlərində bakalavr təhsili alan bir qrup azərbaycanlı tələbə iştirak edib.

 İnsan resursları üzrə mütəxəssis Maykl Qal tərəfindən keçirilən təlimdə tələbələrə işə qəbul üçün tərcümeyi-halların yazılış qaydaları, uğurlu iş müsahibələrinə dair tövsiyələr və müsahibələr zamanı yol verilən ümumi səhvlər barədə məlumat verilib. Tədbir sual-cavab sessiyası ilə davam edib.

 

Vaşinqton universitetlərində bakalavr təhsili alan tələbələr üçün ABŞ-Azərbaycan Ticarət Palatasında karyera inkişafı ilə bağlı təşkil olunmuş bu təlim ABŞ-da təhsil alan azərbaycanlı tələbə icmasının inkişafına dəstək çərçivəsində keçirilən ilk təlimdir.