Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-06 17:44:00
İntihar edən gənc müəllimin AzEdu.az- a təqdim edəcəyi layihə - “Birgünlük şagirdləri...”

Noyabrın 24-də Kəlbəcərdən olan 27  yaşlı müəllim Şaiq Sadıqzadənin yaşadığı evin həyətindəki ağacdan özünü asaraq həyatına son qoyması sosial və onlayn mediada müzakirə mövzusu olmuşdur.  

Onun AzEdu.az -a danışan adının çəkilməyini istəməyən dostu Şaiq müəllimlə saytımıza layihə təqdim etmək istədiklərini, amma bunun qismət olmadığını demişdi.

Gənc müəllimin portala təqdim etmək istədiyi layihə barədə ətraflı məlumat almaq üçün AzEdu.az onun dostuna yenidən müraciət edib. O bildirib ki, layihənin məqsədi yeni təlim metodlarından istifadə etməklə şagirdlərin bilik və bacarıqlarını artırmaq  idi:

“Şaiq müəllimlə bu barədə söhbətimiz olmuşdu. Fizika, Coğrafiya kimi təbiət elmlərini müəyyən avadanlıqlar vasitəsilə əyani təsvir edərək öyrətmək istəyirdik.  Layihə məktəb laboratoriyası olmasa da, birgünlük şagirdləri müəyyən cihazlarla tanış etmək məqsədi daşıyırdı.  Adı şagirdlərin bilik və bacarıqlarına yol göstərən amillər idi. Layihə hələ yazılmamışdı. Yalnız danışıq olmuşdu”.

Xatırladaq ki, Ş.Sadıqzadə Lənkəran Dövlət Universitetinin məzunu olub və coğrafiya müəllimi işləyirmiş. O, tələbə olarkən ixtira etdiyi cihazla gündəmə gəlmişdi. Mərhum həm də şair kimi tanınıb, müxtəlif şeirlərin  müəllifi olub.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları