Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-06 15:35:00
Sinif rəhbərlərinin statusları artırılır - TƏKLİF  

Rusiyada məktəblərdə sinif rəhbərlərinin statuslarının qaldırılması təklif edilir.

AzEdu.az Trend.az-a istinadən məlumat verir ki, belə təkliflə çıxış edən Rusiya Dövlət Dumasının Təhsil və elm komitəsinin rəhbəri Boris Çernışov bunu belə izah edib ki, kənardan məktəbə gətirilən psixoloqlardan fərqli olaraq sinif rəhbərləri şagirdləri uzun müddət ərzində tanıyır, daim onlarla bir yerdə işləyir. 

B.Çernışov deyib: "Hər şagirdə psixoloq ayırmaq mümkün deyil. Ona görə bu istiqamətdə sinif rəhbərlərinin statusunu qaldırmaq lazımdır ki, yalnız şagirdlərə deyil, həm də onların valideynləri və digər fənn müəllimlərinə məsləhətlər versin".

Komitə sədri fikrini daha sonra belə əsaslandırıb ki, psixoloq məktəbə kənardan gəldiyi halda, sinif rəhbəri illərlə sinifdə olur, həmin şagirdlərin davranışlarını izləyir, onları daha yaxşı tanıyır.