Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-06 15:10:00
 Bu  bölgəmizin də xeyli kəndindən illərlə bircə tələbə də çıxmayıb - Yardımlıda yardıma möhtac təhsil

Qəbul  imtahanlarındakı  yüksək göstəricilərə görə, respublikada bir neçə məktəb xüsusilə seçilir.

Bununla yanaşı, çox zəif  nəticələrə sahib,  qəbul faizinin respublika göstəricilərindən az olduğu məktəblər də var.

AzEdu.az Dövlət İmtahan Mərkəzinin təsisçisi olduğu “mekteb.edu.az” saytına istinadən, Yardımlı rayonu üzrə qəbul imtahanlarında ən aşağı nəticə göstərən məktəblərdən bir neçəsini təqdim edir:

Yolocaq kənd orta məktəbi üzrə 2005-2010-cu illər;

Arus kənd orta məktəbi üzrə 2005-2009-cu illər;

Hamarkənd kənd orta məktəbi üzrə 2000-2004-cü illər;

Honuba kənd orta məktəbi üzrə 2004-2015-ci illər;

Telavar kənd orta məktəbi üzrə 1996-2001 və 2004-2017-ci illər;

Horavar kənd orta məktəbi üzrə 1995-2010-cu illər;

Alar kənd orta məktəbi üzrə 2003-2008-ci illər;

Avaş kənd orta məktəbi üzrə 1998-2002-ci illər;

Zevin kənd orta məktəbi üzrə 1999-2006-cı illər;

Porsova kənd orta məktəbi üzrə 1999-2013-cü illər;

Dağüzü kənd orta məktəbi üzrə 2000-2006-cı illər;

Şilavangə kənd orta məktəbi üzrə 2000-2008-ci illər;

Sırıq kənd orta məktəbi üzrə 2007-2010-cu illər;

Osnəkəran kənd orta məktəbi üzrə1995-2002-ci illər;

Qaraqaya kənd orta məktəbi üzrə 2005-2016-cı illər;

Perinbel kənd orta məktəbi üzrə1997-2012, 2017-ci il;

Arvana kənd orta məktəbi üzrə1998-2004 və 2009-2015-ci illər;

Honuba-Şıxlar kənd orta məktəbi üzrə 2004-2011və 2013-2016-cı illər;

Bürzünbül kənd orta məktəbi üzrə1999-2011 və 2017-ci illər;

Ərsilə kənd orta məktəbi üzrə 2004-2012-ci illər və 2017-ci il;

Horonu kənd orta məktəbi üzrə 2003-2011-ci illər üzrə bir nəfər belə ali təhsil müəssisələrinə qəbul oluna bilməyib.

Sözügedən orta təhsil müəssisələrindən əlavə, Yardımlı rayonunun əksər məktəblərində qəbul göstəriciləri respublika  səviyyəsindən  aşağıdır. Eyni zamanda,  məktəblərdə şagird azlığı da müşahidə olunur.

Xatırladaq ki, Yardımlı rayonu buraxılış və qəbul imtahanlarında ən aşağı nəticə göstərən bölgələrdən biridir. 2011-ci ildə DİM-in sədri Məleykə Abbaszadə bəzi bölgə məzunlarının, eləcə də  Yardımlı  rayonunun abituriyentlərinin qəbulda topladıqları  balın 100-dən aşağı olduğunu açıqlamışdı.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları