Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-06 14:13:00
Məktəbi qızıl medalla bitirənlərin universitetə imtahansı qəbul olunması təklif kimi səsləndirilib - Komitə sədri

“Ümumi təhsil haqqında” qanun layihəsində orta məktəbi qızıl medalla bitirən şagirdlərin qəbul imtahanından azad olması ilə bağlı müddəa, ümumiyyətlə, yer almayıb”

AzEdu.az xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib. O bildirib ki,  qanun layihəsi hazırlanarkən həmin dönəmdə bununla bağlı müxtəlif adamlar tərəfindən təkliflər irəli sürülüb. Həmin təkliflər  ümumiləşdirilərək sistemləşdirilib. Onların bəziləri qanun layihəsinə daxil edilib. Bəziləri isə edilməyib. O cümlədən də,  orta məktəbi qızıl medalla bitirən şagirdlərin ali məktəblərə qəbul imtahanından azad edilməsi ilə bağlı müddəa layihəyə heç salınmayıb və müzakirəyə də çıxarılmayıb.  O zaman jurnalistlərdən kimsə soruşub və bu təklif kimi səsləndirilib. Bu da yanlış gedib”. 

Komitə sədri həmçinin qeyd edib ki, “Ümumi təhsil haqqında” qanun layihəsi parlamentin növbəti günlərdə keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.