Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-06 13:31:00
Uşaqlar üçün ödənişli aktyorluq kursları açıldı  

Bakı Uşaq Teatrı tamaşaçıların istəyini nəzərə alaraq müxtəlif yaş qrupları üçün ödənişli kurslar təşkil edir.

AzEdu.az xəbər verir ki, kurslar aktyorluq, natiqlik sənəti, ssenaristlik istiqamətlərini əhatə edəcək.

Bacarıqlı müəxəssislərin aparacağı kursun sonunda iştirakçılara Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin sertifikatları təqdim olunacaq. Bundan əlavə, kurs zamanı fərqlənənlər yaradıcı layihələrə cəlb olunacaqlar.

Birinci qrupa sənədlərin qəbulu üçün son tarix dekabrın 28-dir. Kurslara qeydiyyat üçün yaş məhdudiyyəti yoxdur.

Kurslar ödənişli olsa da, şagird və aztəminatlı ailələr üçün güzəştlər nəzərdə tutulub. Qiymətlər isə yaş qruplarına görə dəyişir.

Qeyd edək ki, kurslar Qaraçuxur qəsəbəsi, K. İsmayılov küçəsi 18 ünvanında, Bakı Uşaq Teatrında baş tutacaq. 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları