Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-06 11:50:00
Mərkəzi Elmi Kitabxana hərbi hissəyə kitablar hədiyyə etdi

Dekabrın 6-da Müdafiə Nazirliyinin Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissəsində Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) da dəstək verib.

MEK-dən AzEdu.az-a bildirilib ki, tədbirdə çıxış edən kitabxananın beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü hərbçiləri Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrimizin 100 yaşının tamam olması münasibətilə təbrik edib. O, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan və dünya ədəbiyyatına, mədəniyyətinə, tarixinə aid çap olunmuş kitabların MEK tərəfindən hərbi hissəyə hədiyyə edildiyini bildirib.

Tədbirdə kitabxananın layihələrə nəzarət bölməsinin rəhbəri Habil Əliyev, Müdafiə Nazirliyinin və digər qurumların əməkdaşları iştirak ediblər.