Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-06 10:13:00
UNEC ölkənin ən inkişaf etmiş universiteti seçildi

UNEC dünyanın ən böyük elektron elmi-analitik informasiya bazası olan "Clarivate Analytics”(əvvəlki adı "Thomson Reuters”) şirkətinin mükafatına layiq görülüb.

AzEdu.az xəbər verir ki, beynəlxalq səviyyəli universitet olmaq istiqamətində məqsədyönlü addımlar atanUNECnüfuzlu elmi jurnallarda nəşrlərinin sayının ilbəil artmasına vədünya elm məkanına uğurla inteqrasiya etdiyinə görə"Clarivate Analytics”şirkətinin"Web of Science Awards - 2018” və"Most progressive universities in Web of Science for the last 3 years”mükafatlarını qazanıb.

UNEC-də "Clarivate Analytics” şirkəti ilə əməkdaşlıq çərçivəsində birgə beynəlxalq konfrans və təlimlər keçirilib. MDB məkanı ölkələrində ilk dəfə olaraq UNEC-də elmmetriya haqqında biliklərin sistemləşdirildiyi "Elmmetriya üzrə vəsait: Elm və texnologiyaların inkişaf indikatorları” kitabı tərcümə edilərək çap olunub.

Əməkdaşlıq müddətində UNEC-in professor-müəllim heyətinin "Web of Science”ə daxil edilən elmi əsərlərinin sayında da ciddi artım qeydə alınıb. Belə ki, UNEC-in 1991-2018-ci illərdə "Web of Science”ə daxil edilən elmi əsərlərinin (77 əsər) təxminən 56%-i (43 əsər) son 3 ilin payına düşür.