Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-05 22:53:00
AMEA əməkdaşının layihəsi böyük marağa səbəb oldu

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun “AzScienceNet” elm-kompüter şəbəkəsinin əməkdaşı Aydın Qurbanlının “Gonex” layihəsi “Bakutel-2018” XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində nümayiş olunur. İnstitutdan AzEdu.az-a bildirilib ki, A.Qurbanlının Bakı Mühəndislik Universitetinin informasiya texnologiyaları fakültəsinin 3-cü kurs tələbəsi Adil Qafarlı ilə birgə hazırladığı “Gonex” layihəsi sərgi iştirakçılarının böyük marağına səbəb olub.  “Gonex” gənclərə informasiya texnologiyaları sahəsində real iş imkanları təklif edən, onların virtual layihələrlə işləyib təcrübə qazanmasına kömək edən platformadır. Layihənin əməkdaşlıq etdiyi şirkətlər bu platforma vasitəsilə gənclərlə əlaqə saxlayaraq onlara iş imkanları təklif edirlər.