Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-05 15:05:00
İsveç azərbaycanlı  tələbələrə böyük şans yaratdı – Əlverişli  şərtlərlə magistratura  

Azərbaycan Respublikası Təhsil Nazirliyi  İsveçdə  magistratura  pilləsində 2019-2020-ci tədris ili üzrə təhsil təqaüd proqramı elan edib.

AzEdu.az xəbər verir ki, proqrama 7 ölkədən 65 yer ayrılıb. Tələbələrin yaşayış, yol, sığorta xərcləri və təhsil haqqı dövlət tərəfindən qarşılanacaq.

Son müraciət  tarixi  2019-cu ilin  yanvarın  15-ə qədərdir.

Qeyd edək ki, proqramda iştirak üçün sənədlərin qəbulu müvafiq  internet səhifəsində  göstərildiyi  qaydada  həyata  keçirilir.

https://si.se/en/apply/scholarships/visby-programme-masters/

Proqramla bağlı ətraflı məlumat əldə etmək üçün aşağıda qeyd olunan nömrələrlə əlaqə saxlamaq mümkündür.

Rəvan Süleymanov (0125991155 dax. 5231)

Günəş Övsətova  (0125991155 dax. 5265)

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları