Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-05 13:55:00
Kanadada nəhəng mağara aşkarlandı - VİDEO  

Kanadada alimlər nəhəng mağara aşkar ediblər.

AzEdu.az xəbər verir ki, mağara geoloqların helikopterdən apardıqları çəkiliş zamanı görünüb.

Uells-Qrey qoruğu ərazisində yerləşən mağaraya girişin diametri 100 metr, dərinliyi isə azı 135 metrdir.

Helikopterdə olan bioloq mağaraya “Sarlakka quyusu” adı verib. O bu mağaranı “Ulduz müharibəsi” filmindəki personajların yaşadığı yerə oxşadıb.  (Oxu.az)