Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-05 13:40:00
Burada məktəbə az şagird  gedir, illərlə tələbə  yetişmir, göstəricilər zəifdir – Qobustanın “təhsil qayalıqları”  

Qəbul  imtahanlarındakı yüksək göstəricilərə görə, respublikada bir neçə məktəb xüsusilə seçilir.

Bununla yanaşı, çox zəif  nəticələrə sahib,  qəbul faizinin respublika göstəricilərindən az olduğu məktəblər də var.

AzEdu.az Dövlət İmtahan Mərkəzinin təsisçisi olduğu “mekteb.edu.az” saytına istinadən, Qobustan rayonu üzrə qəbul imtahanlarında ən aşağı nəticə göstərən məktəblərdən bir neçəsini təqdim edir:

Hilmilli kənd orta məktəbi üzrə 1997-2007-ci illər;

Bəklə kənd orta məktəbi üzrə 1998-2006, 2014-2017-ci illər;

Cəmcəmli kənd orta məktəbi üzrə 2012-2015-ci illər;

Qurbançı kənd əsas məktəbi (əvvəlki Qurbançı kənd orta məktəbi) üzrə 1996-2008-ci illər;

M.Sahibov adına  Ərəbqədim kənd orta məktəbi üzrə 2000-2010, 2013-2014-ci illər;

Ə.İbrahimov adına Nabur kənd orta məktəbi üzrə 2005-2009-cu illər;

Bədəlli kənd orta məktəbi üzrə 2006-2016-cı illər;

Yekəxana kənd orta məktəbi üzrə 1995-2000, 2015-2017-ci illər üzrə bir nəfər belə ali təhsil müəssisələrinə qəbul oluna bilməyib.

Sözügedən orta təhsil müəssisələrindən əlavə, Qobustan rayonunun əksər məktəblərində qəbul göstəriciləri respublika  səviyyəsindən  aşağıdır. Eyni zamanda,  məktəblərdə şagird azlığı da müşahidə olunur.

Xatırladaq ki, Qobustan rayonu buraxılış və qəbul imtahanlarında ən aşağı nəticə göstərən bölgələrdən biridir. 2011-ci ildə DİM-in sədri Məleykə Abbaszadə bəzi bölgə məzunlarının, eləcə də  Qobustan rayonunun abituriyentlərinin qəbulda topladıqları  balın 100-dən aşağı olduğunu açıqlamışdı.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları