Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-05 09:44:00
Tarixçi alim Bağırovu ifşa edən yeni sənəd yaydı    

Tanınmış tarixçi alim Ədalət Tahirzadə 1933-1953-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş Mircəfər Bağırovu ifşa edən sənədin fotoşəklini yayıb. 

AzEdu.az-ın məlumatına görə, Ədalət Tahirzadə bildirib ki, bu sənəd Mircəfər Bağırovun 1937-ci ildə Azərbaycan vətəndaşlarına qarşı apardığı repressiya siyasətini sübut edir:

“Mircəfər Bağırov 9 iyul 1937-ci ildə SSRİ rəhbəri Stalinə məktub göndərərək, minlərcə insanın tutulub məhv edilməsinə icazə istəyir!”.

Tarixçi alim M.Bağırovu sevənləri bu sənədə baxmağa çağırıb.