Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-05 09:28:00
SABAH qrupların tələbələri Rus Dram Teatrında səhnəyə çıxıblar

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qruplarının Azərbaycan Xalq Cümhuriyyətin 100 illiyinə həsr olunan “Hərə bir qəhrəman” tamaşası nümayiş olunub.

AzEdu.az xəbər verir ki, tamaşanın bədii rəhbəri Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universiteti SABAH qruplarının rəhbəri Böyükxanım Məmmədbəyovadır.

Qan Turalının pyesi əsasında hazırlanmış “Hərə bir qəhrəman” adlı bir bölümlü həyat hekayəsinin quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Amid Qasımov, geyim üzrə rəssamı Könül Vəlibəyli, musiqi tərtibatçısı Emil Əli. Qrupun səhnə hərəkəti müəllimi Ceyhun Dadaşov, səhnə danışığı müəllimi Nadir Hüseynov olub. Tamaşada Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin III kurs SABAH qruplarının tələbələri Mirsənan Kazımlı, Ziya Ağa, Gövhər Şabanova, Fidan İsmayılova, Mətləb Abuşov, Elçin Əmirov, Toğrul Qasımov və başqaları çıxış ediblər.

Əsər Cümhuriyyətimizin qurulmasında müstəsna xidmətləri olmuş, 20 yaşlı millət vəkili Rəhim bəy Vəkilovun, Mədinə Vəkilovanın, həmçinin 23 yaşında Cümhuriyyətimizin ilk Daxili İşlər naziri Mustafa bəy Vəkilovun həyat hekayəsindən bəhs edib.