Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-04 10:50:00
Qəbul və buraxılış imtahanlarının dəqiq tarixləri  bu zaman bilinəcək – DİM-dən cavab  

2019-cu ildə keçiriləcək qəbul imtahanlarının yeni format əsasında təşkil olunacağı bir ildən artıq müddətdir ki, ictimaiyyətə elan olunub. Lakin bəzi məqamlar hələ də tam şəkildə açıqlanmayıb.

Abituriyentlər tərəfindən ən çox maraq doğuran məsələlərdən biri buraxılış və qəbul imtahanlarının tarixləriylə bağlıdır.

Mövzuyla bağlı Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, imtahanların dəqiq tarixləri 2019-cu ilin əvvəlində elan olunacaq. Lakin IX siniflər üzrə buraxılış imtahanlarının hansı aylarda keçiriləcəyi artıq məlumdur. Belə ki, IX siniflər üzrə imtahanın birinci mərhələsinin mart, ikinci mərhələsinin isə iyunda keçirilməsi nəzərdə tutulub.

XI siniflər üçün isə bu imtahan aprel ayında keçiriləcək.

Xatırladaq ki, IX siniflər üzrə buraxılış imtahanı 2, XI siniflər üzrə bir mərhələdə təşkil olunacaq. 2019-cu ildə buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək cəmlənəcək və bununla da ümumi nəticə əldə olunması nəzərdə tutulub. Məsələn, buraxılış imtahanında toplanan bal 300-dürsə, o bal qəbul imtahanında olan nəticənin üstünə gəlir və beləliklə, ümumi balla müsabiqə keçirilir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları